Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб ŞÜURALTININ MÖCÜZƏLİ DİLİ VƏ HƏYATIN ŞİFRƏSİ. RAMIL NECEFLI. PSIXOLOQ/ PSIXOTERAPEVT. в хорошем качестве

ŞÜURALTININ MÖCÜZƏLİ DİLİ VƏ HƏYATIN ŞİFRƏSİ. RAMIL NECEFLI. PSIXOLOQ/ PSIXOTERAPEVT. 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



ŞÜURALTININ MÖCÜZƏLİ DİLİ VƏ HƏYATIN ŞİFRƏSİ. RAMIL NECEFLI. PSIXOLOQ/ PSIXOTERAPEVT.

ŞÜURALTININ MÖCÜZƏLİ DİLİ VƏ HƏYATIN ŞİFRƏSİ Nəyə görə taleyimiz biz istəmədiyimiz kimi olur? Nəyə görə deyirik: Harda bir səfeh var gəlib məni taır? Varlanmaq üçün daha çox çalışdığımız halda niyə kasıb qalırıq? Nə üçün istəmədiyimiz halda arzuolunmaz davranışlar nümayiş etdiririk? Nə üçün pis xatirləri xatırlayanda, bəzi məkanlara girəndə özümüzdən asılı olaraq həddən çox pis oluruq? Şüuraltına atdığın hər şeylə qarşılaşırsan. Əgər sən şüuraltına varlanmağı kodlaşdırmısansa varlanarsan. Şüuraltına öz potensialımı yüksəldəcəm kodu yükləyərsən sənin içindəki bir çox bilmədiyin qabiliyyətlər ortaya çıxar. Şüuraltına pulsuzluq kodu yükləmisənsə sən kasıb qalacaqsan. Sadəcə olaraq şüuraltının dilini kəşf etmək lazımdır. Beyinlə düzgün ünsiyyət lazımdır. Məsələn: Şüuraltına belə bir möcüzəli bir sual verin. Hər nə ilə qarşılaşaramsa, pis-yaxşı, pozitiv-neqativ fərqi yoxdur, mənə bunun hədiyyəsi nədir? Mənim burda görməli olduğum nədir? Tutaq ki, içində 40 cür yemək növü olan super bir səhər yeməyi ilə qarşılamısız və yedikdən sonra əgər desəz ki, “O super. Bundan gözəl səhər yeməyi ola bilməz”, yaxud “Bundan gözəl səhər yeməyi yeməmişəm” o zaman həyatınız boyu bundan gözəl səhər yeməyi daha qarşınıza çıxmıyacaq. Çünki bununla siz özünüzü məhdudlaşdırırsınız. Xalq arasında belə bir söz var: “Ən gözəl günümz belə olsun”, “Ən pis günümüz belə olsun” OLMAZ BELƏ DEMƏK. Özünü məhdudlaşdırmaq olmaz. Əgər gecə yata bilməsəz şüuraltınağıza belə bir sual verin: Sabah mən əcəba indiyədək etdiklərimdən fərqli nə edə bilərəm? İndiyədək etdiklərimin ötəsində nə edə bilərəm? Özümdə kəşf etmədiyim hansı qabiliyyətlərim var? Şüuraltınız sizə xatırlamadıqlarınızı yadınıza salacaq. Əlaqə saxlamadığınız adamları yadınıza salacaq. Mənim xəyallarımın da üstündə pul qazanmağım üçün və ya hələ kəşf etmədiyim hansı pul mənbələrim var? Çalışın doğru-düzgün dalğalara özünüzü kökləyin. Beyninizə doğru əmrləri və programları yerləşdirin. Şüuraltının dilini kəşf edin. Həyatınız dəyişsin. İnsan bədənindəki hər şey inanclarla dəyişir. Düşüncələr də elədir. Tez-tez “Pisəm”, “Kefim yoxdu”, “Xirtdəyəcən problemin içindəyəm” deyirsinizsə öz dalğanızı aşağı salmış olursunuz. Şüuraltınıza pis mesajlar və programlar yükləyirsiniz. Hər şeyin dəyişməsi, dalğaların yüksəlməsi şüuraltı ilə bağlıdır. Hər inkişafı şüura, ağıl-məntiqə bağlamaq olmaz. Ruhumuz əslində bir-neçı hissədən ibarətdir. Birincisi EQO. Necə ki, bəziləri belə deyir: Mən bacardım. Mən etdim. Mən tapdım. Mənimdir. Bax bu eqodan gələn bir şeydir. İkincisi: Hər kəsin şüuraltıdır. Yəni, bizim uşaqlığımızdan müəyyən yaşımıza qədər olan yaşadığımız anların, xatirələrin atıldığı, yükləndiyi anbar. Hər şey anlarda qalır. Təhtəlşüur deyilən nüsillərimizin. əcdadlarımızın da kollektiv şüuraltısı da var. Orada da çox şeylər kodlanıb və bizim davranışlarımıza təsir edir. Doğulmazdan əvvəl, ana bətnindəykən, bizim şüuraltımıza atdığımız şeylər var. Əgər ana körpəsinə öz sevgisini verməmişsə, bunu ana bətnindəykən körpə qavrıyır, yaxud qəbul edir bu siqnalı. Başqa sözlə sevgisizlik kodu yerləşir. O kod yerləşdiyi zaman uşaq böyüyüb bir şəhərin başçısı olsa da o dəyərsizlik və sevgisizlik davam edəcək. Konkret olaraq özəl həyatı və davranışlarına təsir edir. Keçmişinizə aid nə varsa şüuraltınızda kodlaşdırılıb və qeyd olunub. Şuraltı anlayışını dünyaya ilk dəfə çatdıran, bəyan edən elm adamı Fransalı Pyer Janet olub. 1918-ci ildə 17-ci Tibb Konfransında ilk dəfə şüuraltı barədə söyləyib və bildirib ki, sizin şüuraltınıza atılan nə varsa bu xəyallarla və sənətlə dəyişdirilir. Hamı elə bilir ki, şüuraltı barədə ilk dəfə Zimund Freyd kəşf edib. Yaxud Karl Yunqu şüuraltı barədə danışan alim hesab edirlər. Ancaq bu alim Pyer Janet olub. Daha sonra Alfred Adler şüuraltı anlayışını inkişaf etdirib. Şüuraltı dilini isə Freyd və Yunq irəli sürmüşlər. Freyd yuxulardan başlamışdı Beləliklə şüuraltımız bizə doğru suallar, düzgün mesajları verməyimizi istəyir. Necəsən? Sualı qarşısında kimsə Ölürəm, pisəm, boğaza yığılmışam kimi cavablar verirsə, onun dalğası çox aşağıdır. Yaxşı bu dalğanı necə yüksəldə bilərik? Yüksək dalğa nədir? Əgər kimsə sizə necəsən deyirsə, siz cavabında, əlayam, superəm deyirsinizsə, deməli öz dalğanızı yüksəltmisiniz. Dalğanızı yüksəltmək üçün şüuraltınızdakı aşağı səviyyədən çıxmalısız. Bəs bu necə olacaq? Sufilər, Mövləvilər, Bekdaşilər, digər övliyalar bütün terapiya üsullarını şüuraltı üzərində qurmuşdular. Dünyada bir çox anlayışlar uşaqlıqdan bizə nağıllar vasitəsilə öyrədilib. İnəyin çalışqan olması, tülkünün hiyləgər olması və sairə. Təəsüflər olsun ki, bizim folklorumuzda “Yatsın, böyüsün” ifadəsi var. Uşaqları bu ifadə ilə böyüdüblər. Atalar sözlərimizdə, bayatılarda, xalq mahnılarımızda millətimizin təhtəlşüurunda oturuşmuş və bizim inkişaf etməyimizə mane olan çox şeylər var.

Comments