Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб H.O.S.T Alliance (Qaraqan, PRoMete, AiD) - Yorğun [Proloq ~2007] в хорошем качестве

H.O.S.T Alliance (Qaraqan, PRoMete, AiD) - Yorğun [Proloq ~2007] 13 лет назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



H.O.S.T Alliance (Qaraqan, PRoMete, AiD) - Yorğun [Proloq ~2007]

Qoy bu nəğmə mənim olsun Ağlasın, bəbəylərin, yuyulsun Körpə yuxuda qanadlansın aləm Qoy bu nəğmə dünyam olsun Gizlənim içində yaddaşımnan Hər kitabəmin içində matəm Qoy bu nəğmə leysan olsun Soyutsun içimi ləpələriylə Həsrət alovu yandıranda ciyərlərimi Qoy bu nəğmə insan olsun Mənə yaxın mənnən Sevgilim olsun Oxusun göz yaşıyla əsərlərimi Qoy bu nəğmə əbədi qalsın İllərin məsafəsiz axınlarında Desinlər: "Bir dəli bunu yazdı" Qoy bu nəğmə məktub olsun Göndərilsin hər tənha qəlbə, yaralı ürəyə Anlasın ki, tək deyil Piyalələr doldu Buludlarla yağdı içimə yağışlar Yenə də tələsib evinə qaçışacaq piyadalar Röyadayam, ac köpəklər sümüklərimi gəmirdikcə Sufi Dərviş güc verirdi, səbrimə, iradəmə Minarələr səmanın üzünü tutaraq Aparır içimi çölümü Yaradanın hüzuruna qanlı günahlarla gəldim Parçalandı qış baharla, qar adamı da əridi səhərə Bilmirəm, rəhm edərmi, Tanrı məni məhv edərmi? Gözlərimlə şahid oldum, sevgilər can verəndə Qanlı öskürəklə, Baxıram üzünə ağlaya da bilmirəm Daxmamın qarşısında kor dilənçi Yoxdu verməyə heç nəyim, qapını bağlaya da bilmirəm Yoruldum, atdım içimə daş, dərinliyimi bilməkçün Əks sədası gəlmir hələ, sonum arada Yüz illik yuxudan oyanmış körpə kimiyəm Yaddaşım silindi, mən kiməm ki? Mənim adım - Qaraqan.. Gündəliklərdə vərəq qalmadı Bitirdim, neçə qələmdə mürəkkəb Atmadım, doğmadı, saxladım Tək göründüm hər kəsə, təkəm sandılar Yanımdaydın, heç darıxmadım Amma yenə də dön Yanımda cismin olsun Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq Bu qədər asandı Dön, nəğmə yazacam sənin dönüşünə Yorğun gözlərim baxır yolun sonunda ölümlə görüşümə Gecikirəm... Qoy bu nəğmə tənha qalsın Günəşdən ilham alsın Ağ vərəqdə qaralansın Batsın dərin fikirlərdə Ürəklərdə qoy bu nəğmə köməyə gələn yoldaş olsun Kədərimdən xəbər verən Gözdən axan yaşla dolsun Sətirlərimə sevgi qonsun Hər insan bir mələyə dönsün Qara donlu gecələr, ümid gətirən səhərə dönsün Qoy bu nəğmə gülüşün tək Güllər açsın səhralarda Xoşbəxtlikdi məqsədim Axtarıram dumanlıqda Xəyalların həddi aşır Qoy bu nəğmə sərhəd olsun Həyatımnan bəhs edən Qoy bu nəğmə qiybət olsun Sona çatır hər nağıl Qoy bu nəğmə sonsuz olsun Nəğmələrdə mövzu şərtdi Qoy bu nəğmə onsuz olsun Uzaqlarda buludların arxasında boylanan Ulduzların simasında parıltılı həsrət var Nəğməm üzdə gülüş olsun Ulduzlarçün oxunulsun Çox heyif ki, gülüşlərin kölgəsində kədər gəzir Gəzintilər səbəbsizdi Etiraflar ürəysizdi Yalvarışlar ümidsizsə, Qoy bu nəğmə ümid olsun Kaş ancaq gecə yuxularında Üzdə qorxu olsun Gördüyümüz hər şirin yuxu Birdən doğru olsun Hər tərəfdən günəş çıxsın Qoy bu nəğmə yalan olsun İllər ötüb keçsə, də Bu nəğməni duyan olsun Hər bir kəsdən gizlənərək Görüş sirrimiz olsun Buludlarda rəqs edək Qoy bu nəğmə bizim olsun Gündəliklərdə vərəq qalmadı Bitirdim, neçə qələmdə mürəkkəb Atmadım, doğmadı, saxladım Tək göründüm hər kəsə, təkəm sandılar Yanımdaydın, heç darıxmadım Amma yenə də dön Yanımda cismin olsun Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq Bu qədər asandı Dön, nəğmə yazacam sənin dönüşünə Yorğun gözlərim baxır yolun sonunda ölümlə görüşümə Gecikirəm...

Comments