Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Yeni başlayan bizneslərin etdiyi " Yanlış "|| Seqmentasiya -Hədəf kütlə

Biznesə başlamazdan öncə seqmentasiya edərək , hədəf kütlənin doğru təyin edilməsi vacibdir. Gəlin, bu termini daha yaxşı anlamaq üçün bu izaha nəzər salağın . Tutaq ki ,Siz bir biznes qurmaq istəyirsiniz və bu biznesdə hədəf kütləni təyin etmək üçün necə və haradan başlayacağınızı bilmirsiniz . Bu zaman ilkin olaraq Biznes qurmaq istədiyiniz ərazini müəyyənləşdirməlisiniz , daha sonra həmin ərazidə olan insanların demoqrafik xususiyyətlərinə görə , yəni , yaş , cins , gəlir səviyyəsinə və.s görə qruplaşdırırsınız. 3-cü mərhələdə isə , sizin hədəf kütləniz olan demoqrafiya üzərində psixoloji xusisiyyətlərə görə , daha geniş desək , həyat tərzi, vərdişlər, xarakter kimi faktorlara görə qruplaşdırmalısınız. Sonuncu mərhələdə isə, seçilmiş insanlar davranış xususiyyətlərinə görə ayrıd edilir .İstisna olaraq , davranış üzrə seqmentasiya, siz müştərilərinizə məhsul və ya xidmət təqdim etdikdən sonra nəzərə alınır . Misal olaraq , müştərilərin daha çox günün hansı hissələrində alış-veriş etməsi , daha çox onlayn yoxsa digər alış davranışlarına üstünlük verməsi əsas götürülür. Təbii ki , biznes qurmaq istədiyiniz sahə üzrə siz bu məlumatların hamısını əldə edə bilməyə bilərsiniz . Burada 2 məsələni nəzərdə saxlamaq lazımdır: birinci məsələ odur ki , nə qədər düzgün seqmentasiya edə bilsəz biznesinizin uğuruna bir o qədər təsir etmiş olarsınız , ikinci məqam isə , tutaq ki , kağız üzərində tam seqmentasiya etmisiniz amma bunu praktikada tətbiq edə bilmirsiniz , yəni müştərilər haqqında kifayət qədər məlumat bazası yoxdur.Bu zaman isə , ən azından hədəf kütlənizi tam tanımış olursunuz və məhsul və xidmətlərinizi onlara uyğun təqdim edirsiniz . Bəzi məhsullar var ki , onlar hər kəs tərəfindən istehlak olunur amma həmin məhsulların da seqmentasiyaya ehtiyacı var. Misal olaraq , gündəlik təlabat məhsulu olan çörəyi götürəyin. Marketlərdə çörək piştaxtalarında müxtəlif növdə , adda , qiymətdə , dizaynda ,hazırlanma üslubuna görə fəqrli və.s çörəklərlə rastlaşmısınız yəqin . Böyük ehtimal mütamadi olaraq bir neçə adda çörəklər var ki , siz yalnız həmin məhsulları alırsınız. Bu isə həmin şirkətlərin seqmentasiya strategiyasıdır ki, siz həmin şirkətlərin hədəf kütləsinə daxilsiniz . Indisə gəlin dünyaca tanınan Ferrari avtomobil markasının necə seqmentasiya apardığını analiz edək. Ferrari italian şirkəti olaraq 1929-cu ildə təsis edilmişdir . Tarixən Formula yarışlarında iştirak edərək sport avtomobili kimi şöhrət qazanmışdır. Ferrari şirkətinin hədəf kütləsi ilə bağlı danışsaq ,bu şirkətin seqmentasiya qrupu çox kiçikdir .Yəni , Ferrarinin potensial müştəriləri yüksək gəlirli və özlərini uğurlu hiss edən insanlardır ki , bu avtomobili satın olmaq onlar üçün güc və status göstəricisidir. Ferrari sahiblərinin çoxu 25-50 yaş aralığında olan yüksək gəlir qazanan isanlardı. Təbii ki , bu avtomobillərin sahibləri Ferrarini ona görə almırlar ki , onların nəqliyyat ehtiyacları qarşılansın , həmin insanların bu markanı satın alan zaman artıq ferrari o insanın brinci avtomobili olmur . Ferrari alan insanların alış davranışlarında belə bir şey var ki , onlar illərcə bu avtomobili satın almaq üçün kənarda pul yığmırlar , adətən bu şəxslərin artıq kifayət qədər sərvəti olmuş olur. Qeyd edək ki , hədəf kütləsini müəyyənləşdirməyən biznes ,sadə dildə desək , dənizdə çatma nöqtəsini müəyyənləşdirməyən gəmiyə bənzəyir. Yalnız enerji və vaxt sərf edir . --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- Animasiyanın hazırlanmasında istifadə etdiyimiz proqram: https://tidd.ly/2PdkVCV Bizim animasiya xidmətimiz üçün əlaqə:   / businestalks   --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- Mətn və Səsləndirmə müəllifi : Kamran Tağıyev Animasiya müəllifi : Ülkər Axundova

Comments