Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Prokurorla evləndi, qızına səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı в хорошем качестве

Prokurorla evləndi, qızına səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı 9 месяцев назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Prokurorla evləndi, qızına səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı

Prokurorla evləndi, qızı İlhaməyə səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı O oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ilə könülləri fəth etməyi bacarıb. Azərbaycan xanəndəlik sənətinə layiqli töhfələr verib. Biri var idi. Xalq artisti Tükəzban İsmayılova. Tükəzban Məhərrəm qızı İsmayılova 1923-cü il dekabrın 21-də Bakıda anadan olub. Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşayıb. Bir gün gözəl səslə oxuyan qızı eşidəndə Cabbar əmi onu yanına çağırıb. Dinləyəndən sonra “bu qızdan yaxşı oxuyan olacaq”, deyib. O, 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Burada klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində oxuyub. Musiqi Texnikumunu bitirəndən sonra Tükəzban xanım peşəkar xanəndə kimi çıxış etməyə başlayıb. Tükəzban xanımın yaradıcılığının ilk illəri qanlı-qadalı müharibə illərinə təsadüf edib. II Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitləri vətənpərvərliyə ruhlandırıb. Əmək fəaliyyətinə 1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi başlayan Tükəzban İsmayılova 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1956-cı ildə Filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra o, 1962-ci ilə qədər burada çalışıb. 1962– 1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1978-1993-cü illərd “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olub, 1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib Özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqimizi zənginləşdirib. “O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan xanəndə də Tükəzban İsmayılovadır Xanəndə dünyanın bir çox ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. O, Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair kimi ölkələrə qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib, tanıdıb. Tükəzban xanım respublikamızda gənc xanəndələr nəslinin yetişdirilməsində də öz qüvvəsini əsirgəməyib. Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının ali mükafatlarından biri olan “Şöhrət” ordeni ilə təltif edilib.1993-cü ildə Azərbaycan xalq artisti fəxri adına layiq görülüb. Sənət yoldaşları da onu hər zaman böyük hörmət və ehtiramla xatırlayırlar. Xalq artisti Canəli Əkbərov Tükəzban xanımla uzun illər Filarmoniyada bir yerdə çalışıb: "Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti ilə yanaşı, səhnə mədəniyyəti ilə də fərqlənirdi. Onun oxuduğu muğamlar və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub. Dəfələrlə qastrollarda olmuşuq, onun yaxşı yol yoldaşlığı vardı. Çox mehriban insan, əsl dost idi. Belə bir xanəndə ilə eyni səhnəni bölüşməyin özü bir xoşbəxtlik idi” - deyə Canəli bəy bildirib. Xalq artisti Əlibaba Məmmədov isə deyir: “Tükəzban xanım nəhəng sənətkar idi. Onun kimi sənətkarın bundan sonra yetişməsi nadir hadisə ola bilər. Tükəzban İsmayılova əbədiyyən yaddaşlarda qalacaq xanəndələrdəndir. Heç kim "Şahnaz”, "Qatar”, "Xaric Segah”I onun kimi ifa edə bilməz. Allah böyük sənətkarımıza qəni-qəni rəhmət eləsin”. Tükəzban İsmayılova iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı Məzahir Quliyev respublikanın bir çox yerlərində məsul vəzifələrdə çalışıb. Onlar 1942-ci ildə ailə həyatı qurublar. Bu evlilik olanda xanəndə Dövlət Filarmoniyasının solisti, Məzahir Quliyev isə Lənkəranda prokuror olub. O Məzahir Quliyevlə ailə qurandan bir il sonra qızları İlhamə dünyaya gəlib. Anasının sənətini davam etdirən İlhamə uzun illər sonra “Azərbaycan estradasının primadonnası” adlandırılıb. İlhamə Quliyevanın sənətdə irəliləməsində ən azı anası Tükəzban İsmayılova qədər atalığı Həbib müəllimin rolu çox olub. Onların şəxsi tanışlığı hesabına Səid Rüstəmov, Hacı Xanməmmədov, Fikrət Əmirov kimi bəstəkarlar gənc vokalçı İlhaməyə dəyərli mahnılar yazıblar. Məşhur tarzən Həbib Bayramovla evliliyi Tükəzban xanımın həyatında “ikinci bahar” adlandırmaq olar. Xanım müğənni həyatının əsl xoşbəxtliyini bu mehriban xasiyyətli tarzənlə birləşəndən sonra tapıb. Xanəndə öz həyatını və yaradıcılıq taleyini görkəmli tarzən Həbib Bayramovla bağlayandan sonra, , həmişə onların evində xalq mahnıları, klassik muğam melodiyaları səslənib. İlhamə Quliyeva xatirələrində Həbib Bayramov haqqında deyib. Ömrünün son günləri Tükəzban xanım bel sümüyündən ağır cərrahiyyə əməliyyatı keçirib. Əməliyyat uğurlu başa çatsa da, pnevmaniyadan əziyyət çəkən Tükəzban xanım 2008-ci il martın 24-də 85 yaşında vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Comments