Русские видео

Сейчас в тренде

Иностранные видео




Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Əlincə qalasının bildiyimiz və bilmədiyimiz tərəfləri - Xəbərlər

Bizi İzləyin: Teleqram: https://t.me/arb24television Twitter:   / arb24tv   Facebook:   / arb24tv   Instagram:   / arb24.az   Sayt: http://arb24.az Əlincə dağının zirvəsində yerləşən qala divarlarının inşasında daş və bişmiş kərpicdən istifadə olunub. Qalanın divarları Əlincə dağının ətəklərindən başlayaraq pillələr şəklində yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edir. 14-cü əsrdə qalada 600 mühafizəçi ilə Əmir Teymurun 40 minlik qoşununa qarşı müqavimət göstərilib. Cəlairilər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərin hakimiyyəti dövründə möhtəşəmliyini qoruyan Əlincəqalanın Azərbaycan Atabəyləri - Eldənizlərin hökmranlığı dövründə əhəmiyyəti xüsusilə artıb. Mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacağa çevrilib. Qala həm də Azərbaycan xalqının Əmir Teymura qarşı mübarizəsinin əsas istinadgahı olub. Ətrafı demək olar ki, dağlarla, qayalarla əhatə olunur. Uzun müddət insanlar burada sığınacaq kimi istifadə eliyiblər. Bərpa zamanı tarixiliyi qoruyub saxlamaq üçün qalanın bir çox hissəsinin ilkin forması olduğu kimi qalıb. Elə bu izləri itirməmək üçün qala yenidən bərpa edilərkən tarixiliyi qorunub saxlanılıb. Divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerlərinin ilkin forması elə olduğu kimi də qalıb. Bütün bunlar isə böyük zəhmət hesabına başa gəlib. Qala yüksəklikdə yerləşdiyinə görə 2014-cü ildə qalanın bərpasına başlanılan zaman burda heç bir texnikadan istifadə etmək mümkün olmayıb. Sadəcə olaraq atların yardımı ilə qala yenidən bərpa edilib. Qalanın ərazisində işıqlandırma sistemləri yaradılıb, şərq və qərb darvazaları əvvəlki görkəminə qaytarılıb. Bərpa zamanı həmçinin qalanın zirvəsinə doğru yol çəkilib, ərazisində işıqlandırma sistemləri yaradılıb. Şərq və qərb darvazaları isə bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. "Əlincəqala" 2 hissədən - Şaxtaxtıdan və döyüşçülər yaşayan ərazidən ibarət olub. Əlincəqala məkan etibarilə iki hissədən ibarətdir. Şaxtaxtı adlanan hissədə qadınlar, uşaqlar və hökmdar ailəsi orta əsrlərdə yaşayırmış. Deyirlər, qədim yurd tarixi abidələri ilə tanınar. Bu mənada bu gün tarixi abidələrimizi yaşada-yaşada onları bütün dünyada tanıda bilməyimiz yaxşı haldır. Əlincəqala tarixi abidəsinin bərpa olunması da xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Copyright © ARB 24 TV #arb24 #Xəbərlər #ƏlincəQalası

Comments