Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Hansı daha sürətlidir: Ferrari yoxsa Şahin quşu? в хорошем качестве

Hansı daha sürətlidir: Ferrari yoxsa Şahin quşu? 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Hansı daha sürətlidir: Ferrari yoxsa Şahin quşu?

Bu avtomobillər dünyanın ən tanınmış və ən sürətli markalarıdır. Bu quş isə dünyanın ən sürətli heyvanıdır. Şahinin ovuna şığıyarkən elm adamları tərəfindən ölçülə bilən sürəti saatda 386 km olaraq müşahidə edilmişdir. Göründüyü kimi şahinin sahib olduğu təxmini saatda 400 km fantastik sürət dünyanın ən qabaqcıl avtomobillərini belə çox rahatlıqla geridə qoyur. Bir canlının bu cür yüksək sürətlə hərəkət edə bilməsi necə mümkündür? Şahin, Allahın yaratdığı mükəmməl sistemlər sayəsində ideal uçuş üçün ən uyğun aerodinamik formanı təmin edə bilir. Şahinin qanadlarının sivri olması, sərt lələkləri, səmərəli olan tənəffüs və qan dövranı sisteminə sahib olması bu cür inanılmaz bir sürəti əldə etməsini təmin edir. Şahinin döş dili sümüyü ideal uçuş üçün xüsusi olaraq bir növ modifikasiya edilmiş, yüngülləşdirilmişdir. Qanad çırpmaq üçün quşun əzələləri döş dili sümüyünə bağlıdır. Şahin quşunun döş dili sümüyü isə çox böyükdür. Bu da daha çox əzələni sümüyə bağlanmasına və təbii olaraq da daha çox qanad çırpma gücünün yaranmasına səbəb olur. Şahinin iti qanadları da quşun heyrətə salan sürətə çatmasına kömək edir. Qanadlar geriyə doğru sürülür və quşun aerodinamik formanı almasında əhəmiyyətli rol oynayır. Qövsvarı qanadlar çoxsaylı ölçüdə eye foil adlanan xüsusi uçuş profil effekti yaradır ki, bu da manevr qabiliyyətini, havaya qalxmanı və sürəti maksimum səviyyəyə qaldırmanı təmin edir. Şahin lələklərinin incə və sərt olması, boş və süs lələklərinin səbəb ola biləcəyi dartınmanı azaldaraq sürətli uçuşun əldə olunmasına kömək edir. Şahinin bədənində sürətli uçmanı təmin etmək üçün yaradılan möhtəşəm sistemlər bunlardan ibarət deyil. Burunlarındakı xüsusi önləyicilərin varlığı, ağciyərlərinin tək tərəfli tənəffüsü vasitəsi ilə digər quşların bu sürətin yarısı qədər nəfəs belə ala bilmədiyi halda şahinlər rahatlıqla tənəffüs edə bilirlər. Şahinin həmçinin dəqiqədə 600-900 dəfə döyünən ürəyi var. Bu da oksigenin quşun hər tərəfinə sürətlə çatmasına imkan verir. Beləcə quş tez yorulmur. Şahinin ürək döyüntüsünün möhtəşəm sürəti quşun qanadlarını saniyədə 4 dəfəyə qədər çalmasına imkan verir ki, bu da onun sürətli uçmasına təsir edir. Bioloji bir varlığın təbii şəkildə bu cür fantastik sürətlə hərəkət edə bilməsi həqiqətən çox heyrətamizdir. Sadaladığımız bütün mexanizmlərdən də aydın olur ki, bu quşun bədənindəki bütün sistemlər çox dəqiq, yüksək həssaslıqla, yerli yerində və bir-birinə tam uyğun şəkildə nizamlanmışdır. Bu da aydındır ki, sürətli uçma məqsədinə istiqamətlənmiş xüsusi yaradılışın isbatıdır. Dünyanın ən sürətli heyvanı olan şahin sahib olduğu bütün sistemləri ilə birlikdə möhtəşəm bir yaradılış nümunəsidir.

Comments