Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Sehrli qarpız (nağıl +5+12) в хорошем качестве

Sehrli qarpız (nağıl +5+12) 4 года назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Sehrli qarpız (nağıl +5+12)

Gülzar İbrahimova Sehirli qarpız (nağıl) Biri vardı, biri yoxdu, hər tərəfi dağlarla əhatə olunmuş bir kənd vardı. Kənddə Xumar adlı xoşxasiyyətli, mehriban bir qadın yaşayırdı. Xumar xala uşaqları sevər, onlara piroq bişirərdi. Onun evi bulağın yanındaydı. Xumar xala səhəngi bulaq suyu ilə doldurar, kənddə qocalara, xəstələrə aparardı. Bu gözəl qadının qonşuluğunda başqa bir qadın da yaşayardı. Adı Zəringən olsa da hamı ona Deyingən xala deyərdi. Çünki o səbəbli, səbəbsiz bütün günü deyinər, hamının zəhləsini tökərdi. Deyingən xala uşaqları sevməz, uşaqlar ondan qorxardı, həyətində gül əkməz, quşları qovar, itə, pişiyə daş atardı. Bir gün qanadı yaralı göyərçin uça bilməyib yaşıllıqda yerə düşdü. Bunu görən yaxşı xala, yəni Xumar xala göyərçinə yaxınlaşqdı, onu yerdən qaldırdı, yaylığını kəsib yaralı qanadını sarıdı. Başından öpüb evinə apardı. Həmin gün Xumar xala uşaqları piroqa qonaq eləmişdi. Uşaqlar yaralı göyərçini görən kimi başına yığışdılar. Bimri ona buğda, digəri su verdi. Onların ən balacası isə sevinə-sevinə kəndə qaçdı: Bizim evdə gözəl göyərçin var. Bunu Deyingən xala da eşitdi. Tez üzünü Xumar xalagilə çatdırıb dedi: Neyləyirsən xəstə göyərçini, onu mənə ver! Bəs sənin nəyinə lazımdır qanadı əzik göyərçin? Pişiklərim acdır, onlara verəcəyəm! Nə danışırsan? Yazıq quş sızım-sızım sızıldayır, mən onu sağaltmaq istəyirəm, deyirsən ver pişiklərim yesin. Əvəzində sənə pul verərəm! Heç özünü yorma, verən deyiləm! Yazıq deyil yaralı quş, bəlkə onu hardasa balaları gözləyir? Pulun lazım deyil mənə, qoy cibinə! Bir neçə gündən sonra quş sağaldı, uçub yuvasına getdi. Balalarına yem apardı, balalar sevindi. Günlər keçdi. Balalar böyüdü. Ana ilə birgə uçmağa başladılar. Bir dəfə göydə uçanda Ana göyərçin balalarına dağlar arasında bir ev göstərib dedi: Bax həmin evdə bir xoş xasiyyətli, nur çöhrəli qadın yaşayır. Göyərçin yaralı olanda həmin qadının ona etdiyi yaxşılıqdan danışıb dedi: Mən gərək həmin qadına yaxşılıq edəm! Belə deyib o meşədən yaxşı bir toxum axtarıb tapdı. Sonra isə gətirib onu qadının qarşısında yerə salıb dedi: Ey xoş çöhrəli xoş xasiyyətli, gözəl qadın! Verdiyim bu toxumu əkərsən. Sonra isə gündə iki dəfə ona su verməyi unutma! Qadın "sağ ol!", deyib toxumu götürdü. Quş deyən kimi onu əkib, gündə iki dəfə su verdi. Bir neçə aydan sonra toxumdan böyük bir qarpız yetişdi. Qadın qarpızı kəsdi. Qarpız çox şrin də dadlı idi. Amma qarpızın içərisində tumların yerinə olan tumlar içərisindən qarpız əvəzinə qızıl çıxdı. Xırda-xırda qızıllar o qədər çox idi ki, qarpızı kəsən kimi yerə səpələndilər. Kənddə hamı bunu eşitdi. Yaxşılığa-yaxşılıq eləyən quşu alqışlayıb, ona dua elədilər. Bu xəbər Deyingən xalaya çatan kimi o paxıllığından bütün günü deyindi. Sonra isə fikirləşib quşa bir tələ qurdu. Quş tələyə düşən kimi ayayğından elə vurdu ki, quş axsamağa başladı. Sonra onu tutub ayağını sarıdı. Quş ağrıdan uça da bilmədi. Düz bir ay yerindəcə qaldı. Bir aydan sonra güclə uçub getmək istəyəndə Deyingən qadın ona o qədər şey tapşırdı ki... Özü də hamısı qızıldan. Quş ağlaya-ağlaya uçub getdi. Ürəyində isə öz-özünə söz verdi ki, qadının pisliyini heç vaxt yaddan çıxarmayacaq, əvəzini verəcəkdir. Bir gün Deyingən xala uzaqdan ona tərəf uçan quşu gördü. Quş ona çatanda qadına bir toxum tulladı. Qadın toxumu göydə tutub sevincək aparıb əkdi. Quş ona da tapşırdı ki, toxumu əkəndən sonra gündə iki dəfə suvarmaq lazımdır. Günlər keçdi, qarpız yetişdi. Böyük, yaşıl. Deyingən qadın acgözlüklə qarpızı kəsdi. Amma onun içərisindən dadlı qırmızı qarpız əvəzinə, arı dəstəsi çıxdı. Arılar Deyingən xalanın üstünə cumdular. Onu qulağından, dodağından, başından, gözündən, hər yerindən çalmağa çaldılar. Deyingən xala qaçmağa başladı. Amma nə qədər qaçdısa, arılar ondan əl çəkmədi ki, çəkmədi. Xumar xala isə həmişəki kimi gülərüzü, xoş xasiyyəti ilə hamını sevindirir və bu sevincdən özünə də pay götürürdü. DÜNYA NAĞILLARINDAN İQTİBAS

Comments