Русские видео

Сейчас в тренде

Иностранные видео


Скачать с ютуб Baldızı özünü Rübabəyə görə asıb - O, vaxt Kubinkada belə şeylər qəbul olunmurdu - Şok faktlar в хорошем качестве

Baldızı özünü Rübabəyə görə asıb - O, vaxt Kubinkada belə şeylər qəbul olunmurdu - Şok faktlar 1 год назад


Если кнопки скачивания не загрузились НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу страницы.
Спасибо за использование сервиса savevideohd.ru



Baldızı özünü Rübabəyə görə asıb - O, vaxt Kubinkada belə şeylər qəbul olunmurdu - Şok faktlar

Toylara termosda özü üçün araq apardı, İllər sonra dilənçi qızı peyda oldu – Tanımadığınız Rübabə Muradova Qızının başını soyuducuya soxdu, ona görə özünü asan qadının qardaşına ərə getdi Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görür və Bakıya Filarmoniyada işləməyə dəvət edib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub. Rübabə Muradovanın on altı yaşı olanda atası inqilab məhbusu kimi həbs olunur. Zindan rəisi işləyən Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxartsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də bu tayda qalır. Bir müddət sonra isə olduqca yaraşıqlı kişi olan Xəlilağa on altı yaşlı Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir. Evlənəndən sonra Rübabə Muradovanın əri ali təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova isə Qulu Əsgərovla səhnəyə çıxıb oxumağa başlayır. Bundan qəzəblənən həyat yoldaşı bir övladları olandan sonra ona deyir: Rübabə, mənimlə səninki tutmayacaq. Mən müğənni arvad istəmirəm. Müğənnilik səbəbindən onun ailəsi dağılsa da, o, heç kimə qulaq asmayıb, hətta qardaşlarını da dinləmədən səhnələrə çıxmağa, oxumağa davam edir. Xanəndə Bakıya gələndən sonra Tələt adlı bir tacirlə ailə qurur. Qızı Qəmər xanım müsahibələrinin birində belə deyir: “O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq tarixçəsi bir az kədərli əhvalata söykənir; Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi. Tələt bacısına birinci dəfə xəbərdarlıq edib. İkinci dəfə getdiyindən xəbər tutanda isə onu döyüb. Bundan sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə qız qalasının yanında bir evdə qalırlar. Ancaq iş elə gətirir ki, nikahları uzun müddət çəkmir. İkinci həyat yoldaşı da çox qısqanc idi, səhnəyə çıxmasını, oxumasını istəmirdi. Belə olan halda anam ondan ayrılıb hökumətin ona bağışladığı evə köçüb.” Deyilənə görə sənət camiəsindən, yaxın insanlardan paxıllığını çəkənlər çox olub. Öz dövrünün qadın xanəndələri belə onun paxıllığını çəkir, ona qarşı nankorluq edirdilər. Hətta onun barəsində rəsmi orqanlara gizlin şikayətlər də olurmuş. Bir neçə il əvvəl Bakı küçələrinin birində 55 yaşlı Nailə Muradova adlı dilənən qadın peyda olur. Həmin qadın özünü Rübabə Muradova və Süleyman Rüstəmin qızı kimi təqdim edir. Lakin, Rübabə xanımın ailəsi bu məsələnin heç bir həqiqətə uyğun olmadığını deyirlər. Çox hirsli və əsəbi adam olub. Hətta bir dəfə böyük qızı Qəmərin Əlibaba Abdullayevin rəqs ansamblına yazılma xəbərini eşidəndə bərk əsəbiləşib. Qızı dərsdən evə gələndə onun saçından yolaraq başını soyuducuya soxub. Rübabə xanımın hələ gəncliyində sevdiyi oğlanın olduğu deyilir. Hətta o müğənni olduğu üçün oğlanın ailəsi onu almaq istəməyib. Oğlan da ailəsindən acıq çıxmaq üçün heç vaxt evlənməyib. Ancaq xanəndənin qızlarının dediyinə görə bu söz-söhbətlər yazıçı Anarın Rübabə Muradovaya həsr etdiyi “Qaragilə” adlı əsərinin çapından sonra yaranmağa başlayıb. Əsərdə göstərilir ki, çayxanada oturan bir oğlan radionu yandırır və görür müğənni “Qaragilə” mahnısını oxuyur. Oxuyanı işarə edərək deyir, bu sevgilim olub, indi oxuyandır. Həmin əsər çap olunandan sonra Rübabə Muradova haqqında şayiələr yayılır. Deyilənə görə spirtli içkilərə meylli adam olub. Toylara gedəndə özü ilə termosda xüsusi içki aparırmış. Lakin, övladları onun şərabı sevdiyini qeyd edərək, deyilənlərin yalan olduğunu vurğulayıblar. Şəkər xəstəsi olduğundan şirniyyata və şirin meyvələrə həsrət qalır. Ölənə yaxın dodaqları parça-parça olur, heç nə yeyə bilmir, ancaq su içir. Xanəndə ölümündən bir neçə ay əvvəl dəhşətli dərəcədə arıqlayır. Görənlər onu tanıya bilmir. 1983-cü il avqustun 28-də Rübabə Muradova 50 yaşında serroz xəstəliyindən dünyasını dəyişir. Ölməzdən iki şey vəsiyyət edir. Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn olunanda Habil Əliyev onun məzarı üstünə ifa etsin. Habil Əliyev isə onun bu vəsiyyətini yerinə yetirmir. Bunun səbəbini ondan soruşanda isə deyir: Ürəyim gəlmədi, çala bilmədim. Beləliklə, Rübabə Muradova Cənubi Azərbaycanla sərhədlərimizin dağıdıldığı o tarixi günü görmədən, dünyadan köçdü... Səsindəki o yanğı isə, musiqi tariximizi əbədi naləsi kimi bizimlə yaşayacaq...

Comments