У нас вы можете посмотреть бесплатно Beyin Anevrizmaları - İnvaziv Radioloq Uzman Dr. Cavid Əhmədov или скачать в максимальном доступном качестве, которое было загружено на ютуб. Для скачивания выберите вариант из формы ниже:
Если кнопки скачивания не
загрузились
НАЖМИТЕ ЗДЕСЬ или обновите страницу
Если возникают проблемы со скачиванием, пожалуйста напишите в поддержку по адресу внизу
страницы.
Спасибо за использование сервиса savevideohd.ru
Hospitalımızın İnvaziv Radioloqu Uzman Dr. Cavid Əhmədov beyin damarlarının genişlənməsi nəticəsində yaranan beyin anevrizmaları haqqında danışıb. İzləməyi və suallarınızı qeyd etməyi unutmayın. Beyin anevrizmaları beyin damarlarının genişlənməsi nəticəsində yaranan bir patologiyadır. İnsanların təxminən 2-3% hissəsində görülən bir patologiyadır və çox fərqli növləri var. Pasiyentlərin bizə, əsasən, ən çox başvurma səbəbləri baş ağrılarıdır. Səbəbsiz baş ağrıları, içdikləri dərmanlara baxmayaraq, keçməyən baş ağrılarıdır. Çox vaxt bu anevrizmalar insanlarda təsadüfən də rastlana bilir. Bəzi hallarda beyin anevrizmaları çox, təssüf ki, belə deyək, pasiyent pisləşmiş vəziyyətdə gələ bilər. Bunlar qanamış anevrizmalardır. Bunlar tam fərqli bir patologiyadır. Qanaxması olmuş bir pasiyent tam bir ciddi, artıq reanimasiya qulluğuna belə ehtiyacı olan və ölüm riski daşıyan bir patologiyadır. Beyin anevrizmasının diaqnozu kompüter və ya maqnit-rezonans tomoqrafiya müayinəsi sırasında diaqnoz qoyulur. Ümumiyyətlə, beyin anevrizması beyindaxili damarların hansısa bir divarında zəifləmə əsasında yaranan bir genişlənmədir və bu anevrizmanın divarı normal damar divarına görə daha incə olduğu üçün, daha zəif olduğu üçün hansısa bir təzyiq oynaması nəticəsində burada bir partlamaya səbəb ola bilər. Beyin anevrizmaları olduqca fərqli ölçülərdə ola bilər, fərqli konfiqurasiyada ola bilirlər və bunlar bizim üçün çox önəmlidir. 3mm-dən kiçik anevrizmalara biz çox vaxt müdaxilə etmirik. Amma daha böyük ölçülü anevrizmalara artıq müdaxilə gərəkdir. Çünki qanama riskləri yüksəkdir. Beyin anevrizmasının ölçüsünə bir az öncə dediyimiz kimi və öz konfiqurasiyasına, konfiqurasiya dediyimiz nədir? Anevrizmanın forması, yəni bu ikibaşlı bir anevrizma ola bilər, damara yapışan yeri, biz oraya boyun deyirik, boyun çox geniş ola bilər, çox qısa ola bilər. Elə lokalizasiyada ola bilər ki, açıq və ya qapalı üsul üçün uyğun ola bilər. Bunların biz hamısını MR angioqrafiya və ya KT angioqrafiyada tam olaraq görə bilirik. Bəzi hallarda, çox qəliz anevrizmalarda Digital subtraction angiography (DSA) və ya konvensional angioqrafiya yəni insanların arasında bildiyimiz anju ilə tam bir şəkildə anevrizmanı görə bilriik. Anevrizma görüldükdən sonra beyin cərrahı ilə birlikdə pasiyent konsultasiya edilir və pasiyent üçün ən uyğun olan açıq və ya qapalı üsulla anevrizmalar belə deyək bağlanılır. Biz invaziv radioloqlar anevrizmalarda icra etdiyimiz əməliyyatlar nədir? Bunlar, əsasən, stentləmə və koilləmə əməliyyatlarıdır. Bir az öncə qeyd etdiyim kimi anevrizmanın konfiqurasiyasına bağlı olaraq bu etdiyimiz müalicə üsulu dəyişir. Əgər anevrizma imkan verirsə və boynu çox geniş deyilsə, biz bu halda çox vaxt koil dediyimiz incə, sap incəliyində belə deyim, platinium koillərlə bu anevrizmaları bağlaya bilirik. Digər halda isə boyun çox genişdirsə, bu hallarda biz normal damara stent qoyub anevrizmanın içərisinə gedən qanın önünü bağlayırıq. Əsas məsələ nədir? Bizim, yəni invaziv radioloqun, əlbəttə ki, əsas üstünlüyü bundan ibarətdir ki, biz bunları sadəcə qasıqdan incə bir girişlə girib edirik.belə deyək, yəni kəlləsi açılmır. Çox vaxt əgər qanamamış bir pasiyentdirsə, sadəcə başağrısı ilə və ya asimptomatik gələn bir pasiyentdirsə, biz çox vaxt anevrizma əməliyyatı etdikdən sonra növbəti gün pasiyenti evə yazırıq. Başqa bir, önəmli bir məsələ nədir? Bəzən anevrizma xəstələrində deyək ki, yüngül bir qanaxması olur və insanlarda belə bir düşüncə olur ki, əgər, məsələn, anevrizma qanaxması budurmu? Yəni oldu, başağrısı oldu, 1 həftədən sonra keçdi. Xeyr, elə deyil. Pasiyentlərin bir çoxu dəfələrlə qanaya bilir. Məsələn, bizə gələn pasiyent ssenariləri belə olur: Pasiyent bir dəfə qanayır. Qanadıqdan 1həftə keçəndən sonra belə deyək, hansısa bir müalicə alır. 1 həftə sonra, daha ciddi qanayandan sonra artıq pasiyent komatoz vəziyyətdə gəlir və pasiyentlər aylarla reanimasiya şəraitində qalma məcburiyyətində olurlar. Qanamış anevrizma və qanamamış anevrizmanın belə deyək, əməliyyatdan sonrakı həyat dövrü fərqlidir. Yəni bir az öncə dediyim kimi qanamamış anevrizmalara biz müdaxilə etdikdən sonra pasiyentlər çox vaxt 1 gün sonra evə yazılırlar. Amma qanamış anevrizmada beyində olan laxtaya görə mədəciklərin vəziyyətinə ümumi beyin vəziyyətinə görə pasiyentin xəstəxanada qalma müddəti dəyişir. Biz bu anevrizmaları niyə bağlayırıq? Bağlama səbəbimiz təkrar qanaxma olmasın deyə. Pasiyentlər anevrizma bağladıldıqdan sonra stent və ya koillə fərq etməz, pasiyentlər bizim yanımıza 1 ay, 3-cü ay və 6-cı ay kontrollara gəlirlər. Biz onlara angioqrafiya çəkirik və anevrizmanın bağlı olduğunu təsdiqləyirik. Bağlı anevrizmanın təkrar qanama riski demək olar ki, yoxdur.